Sumqayıt şəhərində şənlik yasa dönüb - kişi bacısı qızının nişanında dünyasını dəyişib.
Məlumata görə, toy məclisində rəqsdən sonra qəfil ölən şəxs 49 yaşlı Baba Məmmədovdur.
Xezerxeber.az-ın məlumatına görə, ona yaxınları tərəfindən dərhal ilkin tibbi yardım göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb.
Baba Məmmədov hadisə yerində vəfat edib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, dünən saat 17:03-də Sumqayıt şəhərindən şəxsin halının pisləşməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası çatıb. Briqada tərəfindən 1977-ci il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.