RU

Sumqayıt şəhərində şənlik yasa dönübVİDEO

Sumqayıt şəhərində şənlik yasa dönüb - kişi bacısı qızının nişanında  dünyasını dəyişib.

Məlumata görə, toy məclisində rəqsdən sonra qəfil ölən şəxs 49 yaşlı Baba Məmmədovdur.

Xezerxeber.az-ın məlumatına görə, ona yaxınları tərəfindən dərhal ilkin tibbi yardım göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Baba Məmmədov hadisə yerində vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, dünən saat 17:03-də Sumqayıt şəhərindən şəxsin halının pisləşməsi  səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası çatıb. Briqada tərəfindən 1977-ci il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
xezerxeber.az

1Источники