AZ

ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Karakasa gəlib

Dövlət Departamenti tərəfindən təyin olunmuş ABŞ-ın Venesuela üzrə müvəqqəti işlər vəkili Laura Doqu iki ölkə arasında mövcud fikir ayrılıqlarını həll etmək üçün Karakasa gəlib.

APA xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto öz “Telegram” məlumat verib.

"Karakasda biz Venesuela Bolivar Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyət planı hazırlamaq məqsədi daşıyan iş gündəliyinin bir hissəsi olaraq ABŞ səfiri, amerikalı diplomat Laura Doqu qəbul etdik", - o yazıb.

O, qeyd edib ki, tərəflər mövcud fikir ayrılıqlarının qarşılıqlı hörmət və beynəlxalq hüquq əsasında diplomatik dialoq yolu ilə həlli məsələlərini müzakirə edəcəklər.

Seçilən
25
3
apa.az

4Mənbələr