AZ

ABŞ səfiri Venesuelanın paytaxtına GETDİ

ABŞ Dövlət Departamentinin Venesuela üzrə təyin olunmuş müvəqqəti işlər vəkili Laura Doqa Karakasa gedib.

Bizim.Media xəbər verir ki, məlumatı Venesuelanın xarici işlər naziri İvan Gil Pinto özünün Telegram kanalında yazıb. 

“Karakasda Venesuela Bolivar Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyət planı hazırlamaq məqsədi daşıyan iş gündəliyinin bir hissəsi olaraq ABŞ səfiri, amerikalı diplomat Laura Doqanı qəbul etdik. O, tərəflərin mövcud fikir ayrılıqlarının qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan diplomatik dialoq yolu ilə həllini müzakirə edəcəklərini qeyd edib”, deyə nazir qeyd edib.

Bizim.Media

Seçilən
34
3
bizim.media

4Mənbələr