Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Tovuz şəhərin Heydar Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Vaz -2106" markalı avtomobil ilə "Chevrolet" markalı avtomobil toqquşub. Toqquşmadan sonra "Chevrolet" yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Avtomobildə tüstüləmə baş verdiyinə görə hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Qəza nəticəsində "Chevrolet"in surücüsü - Tovuz rayon sakini 19 yaşlı Salman Məmmədov yüngül xəsarət alıb. Ona tibbi yardım göstərilib. Tez bir vaxtda avtomobillər hadisə yerindən götürülərək prospektdə nəqliyyatın hərəkəti bərpa edilib.
Faktla baglı araşdırma aparılır.
Tural Əhmədov