AZ

Tovuzda avtomobillər toqquşdu

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Tovuz şəhərin Heydar Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Vaz -2106” markalı avtomobil ilə “Chevrolet” markalı avtomobil toqquşub. Toqquşmadan sonra “Chevrolet” yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Avtomobildə tüstüləmə baş verdiyinə görə hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Qəza nəticəsində “Chevrolet”in surücüsü – Tovuz rayon sakini 19 yaşlı Salman Məmmədov yüngül xəsarət alıb. Ona  tibbi yardım göstərilib. Tez bir vaxtda avtomobillər hadisə yerindən götürülərək  prospektdə nəqliyyatın hərəkəti bərpa edilib.

Faktla baglı araşdırma aparılır.

 

Seçilən
21
4
konkret.az

5Mənbələr