AZ

İranda partlayışlar baş verib: Ölənlər və yaralananlar var

İranın cənubundakı Bəndər-Abbas şəhərində partlayış baş verib.

"Cebheinfo.az" yerli mediaya istinadən xəbər verir ki, İranın Hörmüzqan əyalətinə bağlı Bəndər-Abbas şəhərində, Müəllim prospektində yerləşən 8 mərtəbəli binada güclü partlayış qeydə alınıb.

Partlayış nəticəsində yaşayış binasına ciddi ziyan dəyib. Hadisə nəticəsində 10 nəfər yaralanıb.

Hazırda hadisə yerinə çoxsaylı yanğınsöndürmə və axtarış-xilasetmə qrupları cəlb olunub.

İkinci partlayış isə Əhvaz şəhərində yaşayış binasında baş verib. Partlayış zamanı 4 nəfər ölüb.

Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
21
10
cebheinfo.az

10Mənbələr