AZ

Şakira bu səbəbdən yenidən "Ginnesin Rekordlar Kitabı"na düşdü

Məşhur müğənni Şakira "Ginnesin Rekordlar Kitabı"na düşüb.

BAKU.WS xəbər verir ki, kolumbiyalı dünya ulduzu "Las Mujeres Ya No Lloran" adlı dünya turu ilə yeni bir rekorda imza atıb. O bununla bütün dövrlərin ən yüksək gəlir gətirən latin sənətçi turnesinin adını qazanıb.

"Billboard"un yaydığı məlumata görə, 11 fevral 2025-ci ildə start götürən və 2026-cı il boyunca davam edən konsert turu çərçivəsində 86 konsert keçirilib. Burada 3,3 milyon bilet satılıb. Ümumi olaraq isə turdan 421,6 milyon dollar gəlir əldə edilib.

Bununla da Şakira "Ginnesin Rekordlar Kitabı"na düşüb.

O Luis Migqlin 2023-2024-cü illərdə baş tutan və 409,5 milyon dollar gəlir gətirən turnesini geridə qoyub.

Rekord 11 dekabr tarixində Argentinanın Buenos Ayres şəhərində yerləşən "Estadio Vélez Sarsfield" stadionundakı konsertdən sonra rəsmiləşib. Daha sonra başqa ölkələrdə də baş tutan əlavə konsertlər Şakiranın ümumi gəlirini 421,6 milyon dollara çatdırıb.

"Billboard"un 2025-ci ilin yekun "Top Tours" siyahısında Şakira 5-ci pillədə, "Top Ticket Sales" reytinqində 2-ci yerdə, latin turneləri arasında isə lider mövqedə qərarlaşıb.

Şakiranın 2025-ci ildə Braziliyada başlayan konsert turu bu il Meksikada yekunlaşacaq.

Seçilən
19
8
far.az

9Mənbələr