AZ

Yenidən “Ginnesin Rekordlar Kitabı”na düşdü

Məşhur kolumbiyalı müğənni Şakira “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, onun “Las mujeres ya no lloran” (“Qadınlar artıq ağlamır”) adlı dünya turnesi bütün dövrlərin ən yüksək gəlirini gətirib.

Belə ki, sənətçi bu turnedən 421,6 milyon dollar (696,15 milyon manat) gəlir əldə edib. Onun 86 konsertində 3,3 milyon bilet satılıb.

Şakira müsahibəsində bildirib ki, musiqi sənayesi karyerasına başladığı dövrlə müqayisədə çox inkişaf edib: “Bu rekord əvvəllər Luis Migelə məxsus idi. O, 2023-2024-cü illər turnesindən 409,5 milyon dollar gəlir əldə etmişdi. Həmin rekordu qırmaq mənim üçün yeni bir mərhələdir. 30 illik karyeradan, bu qədər zəhmət və çətinlikdən sonra həmin anı yaşamaq möcüzə kimidir”.

Qeyd edək ki, 2025-ci ildə Braziliyada start götürülən turne bu il Meksikada başa çatacaq.

Xatırladaq ki, Şakira dəfələrlə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Seçilən
26
8
adalet.az

9Mənbələr