AZ

Epşteynin yeni sənədləri gündəmi silkələyib: Tramp yeniyetmə qızları hərracdan satıb, bəzilərini zorlayıb...

Sənədlərdə azyaşlılara qarşı cinsi zorakılıq, “seks ticarəti şəbəkəsi” və Trampın golf klubu ərazisində gizli dəfnlərlə bağlı ağır ittihamlar yer alır...

Poliqon xəbər verir ki, Epşteyn işi üzrə yeni açıqlanan və bir müddət Ədliyyə Nazirliyinin saytında açıq olan sənədlər ictimaiyyətdə ciddi rezonans doğurub. Həmin məlumatlar daha sonra Ədliyyə Nazirliyinin saytından silinib.

Paylaşılan məlumatlara əsasən, sözügedən materiallarda ABŞ Prezidenti Donald Trampın adı 3 mindən çox dəfə qeyd olunur və sənədlərdə onunla bağlı son dərəcə ağır ittihamlar yer alır.

Mətnlərdə iddia olunur ki, 1995–1996-cı illər aralığında Kaliforniyanın Ranço-Palos-Verdes bölgəsində yerləşən Trampa məxsus Milli Qolf Klubunda 13 yaşlı qıza qarşı zorakılıq faktı baş verib. Sənədlərdə bu hadisənin Epşteynin fəaliyyəti ilə əlaqəli olduğu, azyaşlı qızların müxtəlif məkanlara, o cümlədən Trampın Mar-a-Laqo malikanəsinə və Kaliforniyadakı qolf meydançasına aparıldığı irəli sürülür.

Paylaşılan mətnlərdə “seks gecələri” təşkil edildiyi, azyaşlıların həmin tədbirlərə gətirildiyi və Trampın “bəyəndiyi qızları hərracda satdığı” kimi iddialar səsləndirilir. Həmçinin sənədlərdə son dərəcə ağır və təhqiramiz detallarla müşayiət olunan cinsi istismar təsvirləri yer alır. Qeyd edilir ki, bəzi epizodlar birbaşa “zərərçəkənlərin ifadələri” kimi təqdim olunsa da, məlumatların müəyyən hissəsinin zərərçəkənlərin özləri deyil, onların rəfiqələri tərəfindən verildiyi vurğulanır.

Sənədlərdə daha bir səs-küylü iddia isə bəzi zərərçəkənlərin izsiz şəkildə yoxa çıxması və onların klub ərazisində öldürülərək dəfn edilməsi ehtimalıdır. Həmin versiyaya görə, qolf meydançası yaxınlığında zorakılıq qurbanlarının basdırıldığı, şahidlərin isə susdurulmağa çalışıldığı bildirilir.

Mətnlərdə yer alan epizodlardan biri “sağ qalan” şəxsin ifadəsinə əsaslanır. O, Ranço-Palos-Verdesdəki qolf meydançasında “seks ticarəti şəbəkəsi”nin şahidi olduğunu və zorakılığa məruz qaldığını iddia edir. Həmin şəxsin sözlərinə görə, Trampın təhlükəsizlik xidmətinin rəhbəri ona hədə-qorxu gələrək, gördüklərini danışacağı təqdirdə “digərləri kimi son doqquz dəliyin gübrəsinə çevriləcəyi” ilə təhdid edib.

Sənədlərdə daha bir epizodda isə təxminən 40 il əvvəl bir qadının içki qəbul etdikdən sonra özünə gələrək Trampa məxsus olduğu bildirilən otel nömrəsində Tramp ilə tək qaldığı iddia olunur.

Məlumatlarda diqqət çəkən məqamlardan biri də “yaşlı qonaqlar” ifadəsi ilə yanaşı İlon Maskın adının çəkilməsidir. Paylaşılan mətnin özündə qeyd edilir ki, bu detal suallar doğurur, çünki sözügedən dövrə uyğun hesablamalara əsasən Maskın həmin vaxt 28–34 yaş aralığında olduğu bildirilir.

Sənədlərdə iddia edilən başqa bir ağır epizodda isə bir qadının 13 yaşında olarkən cinsi istismara məruz qaldığı, hamilə olduğu dövrdə istismarın davam etdiyi və körpəsinin öldürüldüyü ilə bağlı iddialar yer alır. Həmin şəxs Trampın mütəmadi şəkildə ona pul ödədiyini və Trampın onun yeni doğulmuş körpəsinin öldürülməsi anında da orada olduğunu irəli sürür.

Bildirilir ki, “EFTA01660683” kodlu sənəd ABŞ Ədliyyə Nazirliyinin saytında təxminən 1,5 saat açıq vəziyyətdə qaldıqdan sonra silinib. Paylaşımlarda həmin sənədin “Donald Tramp və Ceffri Epşteynin zərərçəkənlərinin şok ifadələrini” ehtiva etdiyi iddia olunur.

Bununla yanaşı, bir sıra beynəlxalq Telegram kanalları mövzunun geniş ictimai diqqət topladığını və yaxın saatlarda gündəmi dəyişmək üçün “böyük bir hadisənin” baş verə biləcəyini irəli sürür. Həmin ehtimallar sırasında ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi versiyası da qeyd olunur.

Hazırda yayılan məlumatların rəsmi təsdiqi, sənədlərin həqiqiliyi və ittihamların hüquqi statusu ilə bağlı dəqiq mövqe açıqlanmayıb. Mövzu ətrafında müzakirələr davam edir və ictimaiyyət rəsmi qurumların açıqlamasını gözləyir.

Poliqon.info

Seçilən
50
42
poliqon.info

10Mənbələr