AZ

Kamran Musayev: Donorluqla bağlı maarifləndirici tədbirlər təşkil edilməlidir

"2025-ci ildə 2 ürək transplantasiyası icra etmişik. Bu, Qafqazda ilk idi".

APA xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərahhiyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.

“İnanıram ki, bu iş uğurla davam edəcək. Bu baxımdan maarifləndirmə işləri aparmalıyıq. Aidiyyəti qurumlar insanların donor olması ilə bağlı maarifləndirici tədbirlər təşkil etməlidir. Fürsətdən yararlanaraq, bu nailiyyətin əldə olunmasında əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk”,- Kamran Musayev bildirib.

Seçilən
35
1
apa.az

2Mənbələr