AZ

Kamran Musayev: Donorluqla bağlı maarifləndirici tədbirlər təşkil edilməlidir

"2025-ci ildə 2 ürək transplantasiyası icra etmişik. Bu, Qafqazda ilk idi".

 

Bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.

 

“İnanıram ki, bu iş uğurla davam edəcək. Bu baxımdan maarifləndirmə işləri aparmalıyıq. Aidiyyəti qurumlar insanların donor olması ilə bağlı maarifləndirici tədbirlər təşkil etməlidir. Fürsətdən yararlanaraq, bu nailiyyətin əldə olunmasında əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk”,- Kamran Musayev bildirib.

 

APA

Tarix: 31 Yanvar 2026, 13:33   
Seçilən
21
1
pravda.az

2Mənbələr