AZ

Azərbaycanda əhali artımı ilə bağlı böyük təhlükə: Səbəb nədir?

Son illərdə Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə ciddi narahatlıq doğurur. Statistik göstəricilərə görə, müstəqillik əldə edildikdən sonra ölkədə ən aşağı doğum göstəricisi ötən il qeydə alınıb. İlkin məlumatlara görə, ölkədə ilk 10 ayda 80 802 uşaq dünyaya gəlib, ilin sonunda bu rəqəmin təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır. Maraqlıdır ki, 2024-cü ildə ölkədə 102 310, 2023-cü ildə 112 620, 2022-ci ildə isə 122 846 uşaq anadan olub. Hətta COVID-19 pandemiyası səbəbindən toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə 126 571, 2021-ci ildə isə 112 284 doğum qeydə alınıb.

Təhsil, karyera, sosiallaşma...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, müasir dövrdə gənclər öz qarşısına yeni prioritetlər, məqsədlər qoyurlar. Əgər əvvəllər gənclər təhsil alaraq nikaha daxil olurdularsa, bu gün daha çox müstəqil həyata tərzinə üstünlük verirlər. Onlar qarşılarına qoyduqları məqsədlərə nail olduqdan sonra nikah barədə düşünməyə başlayırlar: “Təhsil, karyera, sosiallaşma, özünü inkişaf etdirmək və maddi stabillik gənclərin əsas məqsədləridir. Bu isə nikahların sayının azalmasına, nikah yaşının artmasına və nəticə etibarilə ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarır. Ailələrdə daha çox 1-3 uşağa üstünlük verilir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur və təbii prosesdir”.

Seçilən
67
50
publika.az

10Mənbələr