AZ

Bakıda məşhur restoranda OĞURLUQ: gözətçi tutuldu

ain.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda məşhur restoranda oğurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən “Olivie Garden” restoranında qeydə alınıb.

İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir) restoranın kassasından 2000 manat pul oğurlayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nərəzə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Nizami Fərəcov barəsində 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
10
lent.az

10Mənbələr