AZ

Bakıda məşhur restoranda oğurluq 

Bakıda məşhur restoranda oğurluq hadisəsi olub...

İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir) restoranın kassasından 2000 manat pul oğurlayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nərəzə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Nizami Fərəcov barəsində 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. (lent.az)

Poliqon.info

Seçilən
3
10
poliqon.info

10Mənbələr