AZ

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ ŞABRAN RAYONUNDA TƏQDİM OLUNDU – FOTOLAR

Gəncliyini, gələcəyini, ömrünü vətənə qurban verən Şəhidlərimizin adlarını tarixə yazmaq, unutdurmamaq üçün ərsəyə gələn “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin V hissəsi “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabının üçüncü təqdimatı 30 yanvar 2026-cı il tarixində Prezident Administrasiyasının və Mədəniyyət Nazirliyinin göstərişi, Quba-Xaçmaz regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şabran rayon Mədəniyyət Mərkəzində keçirildi. AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, şair-publisist Manya Səxavətqızının, Şahin Məmmədovun və Bəhruz Məmmədovun dəstəyi ilə ərsəyə gələn kitab tədbir iştirakçılarına təqdim olundu.

Şəhid ailələrinin, Qazilərin, təhsil işçilərinin, rayon ictimayyətinin, eləcə də digər qonaqların iştirak ilə keçirilən təqdimat mərasimində öncə Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi və dövlət himnimiz səsləndi. Ardınca kitabın müəllifi Manya Səxavətqızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar çıxış edərək kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Şəhid ailələrinin çıxışları və Manya Səxavətqızına özəl hədiyyələri duyğulu anlar yaşatdı. Tədbir zamanı bütün qonaqlara kitab təqdim olunaraq xatirə şəkilləri çəkildi. Sonra Şabran rayon Şəhidlər Xiyabanı ziyarət olundu və Şəhid ailələri tərəfindən Şəhidlərimizin adlarına ehsan süfrəsi açıldı.

image-img-20260131-wa0011image-img-20260131-wa0010image-img-20260131-wa0009image-img-20260131-wa0008image-img-20260131-wa0007image-img-20260131-wa0006image-img-20260131-wa0005image-img-20260131-wa0004image-img-20260131-wa0003image-img-20260131-wa0002image-img-20260131-wa0001

Seçilən
11
veteninfo.az

1Mənbələr