Şəhid ailələrinin, Qazilərin, təhsil işçilərinin, rayon ictimayyətinin, eləcə də digər qonaqların iştirak ilə keçirilən təqdimat mərasimində öncə Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi və dövlət himnimiz səsləndi. Ardınca kitabın müəllifi Manya Səxavətqızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar çıxış edərək kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Şəhid ailələrinin çıxışları və Manya Səxavətqızına özəl hədiyyələri duyğulu anlar yaşatdı. Tədbir zamanı bütün qonaqlara kitab təqdim olunaraq xatirə şəkilləri çəkildi. Sonra Şabran rayon Şəhidlər Xiyabanı ziyarət olundu və Şəhid ailələri tərəfindən Şəhidlərimizin adlarına ehsan süfrəsi açıldı.










