AZ

Donald Tramp Amerikada fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib və Kuba kommunist rejiminə neft tədarük edən ölkələrə tarif tətbiq etməklə hədələyir.

Ağ Evin açıqlamasına görə, Tramp Kuba hökumətinin siyasətini və hərəkətlərini ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid elan edən bir sərəncam imzalayıb. Bu təhdidi aradan qaldırmaq üçün o, ABŞ-a “Kubaya birbaşa və ya dolayı yolla istənilən nefti satan və ya başqa şəkildə tədarük edən” xarici ölkələrdən idxala əlavə rüsumlar tətbiq etməyə imkan verən tarif mexanizminin yaradılmasını əmr edib.

Ağ Ev bildirib ki, bu addım ABŞ-ın Kuba hökumətinə təzyiqinin əhəmiyyətli dərəcədə artdığını göstərir və bu, Amerikanın milli təhlükəsizliyini və xarici siyasət maraqlarını qorumağa yönəlib.
Bəyanatda qeyd olunur ki, Kuba hakimiyyəti öz ərazisində hərbi və kəşfiyyat obyektlərini yerləşdirməklə “çoxsaylı düşmən ölkələrlə əməkdaşlıq edir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
6
editor.az

10Mənbələr