AZ

Naxçıvan Ali Məclisinin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb

Naxçıvan Ali Məclisinin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyi müəyyənləşib.

Gündəliyə üç məsələ daxil edilib. Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planının təsdiqi müzakirə olunacaq. Eyni zamanda, Ali Məclisin Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılacaq.

Seçilən
24
1
far.az

10Mənbələr