AZ

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni komissiyaların yaradılması planlaşdırılır.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi;

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması;

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması.

Seçilən
40
14
bakivaxti.az

10Mənbələr