AZ

Balıq tutmaq istəyən şəxs dənizdə boğulubVİDEO

Balıq tutmaq istəyən kişi Xəzər dənizində boğulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Neftçalanın Mayak kəndində baş verib.

Neftçala şəhər sakini 64 yaşlı Habil Məmmədov Xəzər dənizinin sahil sularında balıq ovlamaq istəyib. Havanın əlverişsiz olması səbəbindən suya yıxılıb.

Qardaşının sözlərinə görə, Habil Məmmədov bir ildən çoxdur ki, balıq ovunu dayandırıbmış. Ötən gün dənizə girmək isə həyatının sonu olub.

Məlumata görə, küləkli hava səbəbindən onun digər yoldaşları dənizə girməyib. Habil Məmmədov isə suda olanda dalğa onu yıxıb. O, boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
10
xezerxeber.az

10Mənbələr