AZ

İki gün əvvəl Azərbaycana gələn şəxs dəm qazından ÖLDÜVİDEO

Dəm qazı daha bir can alıb.

Xezerxeber.az-ın xəbərinə görə, bədbəxt hadisə Paytaxtın Nizami rayonunda baş verib. Bəhruz Niriyev küçəsi 5 ünvanında yaşayan iki nəfər dəm qazından zəhərlənib.

Zəhərlənən şəxslərin həmkəndilisi Rəcəb Zərbalıyevin sözlərinə görə, vəfat edən Ramazan Məmiyev ölkəyə iki gün əvvəl gəlib. Digər şəxs isə bir ildir bu ünvanda kirayədə yaşayıb.

Klinki Tibbi Mərkəzdən bildirildi ki, dəm qazından zəhərlənən 26 yaşlı İmran Qənbəralıyevin vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
10
xezerxeber.az

10Mənbələr