AZ

"Qurtuluş" Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarla bağlı 3 nəfər həbs olunub (YENBİLƏNİB)

Bakı.Trend:

"Qurtuluş" Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarlabağlı 3 nəfər həbs olunub.

Trend xəbərverir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında qeydolunub.

Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedənMMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyevvə istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraqayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə vəaldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşənmüəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinəvə qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları,saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqəsaxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitəimkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixiiztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən birneçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələrmüəyyən edilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov vəNatiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1(qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çoxşəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəbolan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olanbir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdanməhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbolunub, barələrində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbsqətimkan tədbiri seçilib.

Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmişdigər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq vəəməliyyat-axtarış tədbirləri davam etdirilir.

xxx
19:52

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov vədaha iki əməkdaş saxlanılıb.

Trend-inməlumatına görə, Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov ElşadMəhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu onlar CinayətMəcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayanqanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələriilə ittiham edilir.

Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq olunub,əlavə məlumatın verilməsi təmin olunacaq.

Qeyd edək ki, bir müddət öncə "Qurtuluş" Reabilitasiyamərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işibaşlanılması barədə Baş Prokurorluq məlumat yayıb.

Seçilən
43
32
az.trend.az

10Mənbələr