AZ

Bakıda binanın bloku çökübVİDEO

Bakıda binanın bloku çöküb, sakinlər evdən çıxa bilməyiblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində yerləşən binaların birində baş verib.

Hadisədən sonra səhərə qədər pilləkəndən istifadə etmək mümkün olmayıb. Birinci mərtəbədə baş verən çökmə yolu da bağlayıb.

Sakinlər çökmənin başvermə səbəbini bilmədiklərini deyirlər.

Bina sakinlərinin müraciətindən sonra girişdə bərpa işlərinə başlanılıb.

O da bildirilib ki, indiyədək binada heç bir qəzalı vəziyyət qeydə alınmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
66
11
xezerxeber.az

10Mənbələr