AZ

BOKT-larda işçi sayı 4 min nəfərə yaxınlaşıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2025-ci ilin sonuna 3 903 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2024-cü il ilə müqayisədə BOKT işçilərinin sayı 357 nəfər və ya 10% artıb. Belə ki, 2024-cü ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 3 546 nəfər olub.

Ötən ilin sentyabr ayının sonunda BOKT işçilərinin sayı 3 831 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 72 nəfər artırıb.

Seçilən
23
20
banker.az

10Mənbələr