AZ

“Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionunun rəqibi “Nyukasl” olub.

Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

Seçilən
104
50
7times.az

10Mənbələr