ain.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ Hərbi Hava Qüvvələrinin "WC-135R Constant Phoenix" kəşfiyyat təyyarəsi atmosferdə radioaktiv hissəcikləri aşkar etmək üçün nəzərdə tutulmuş Böyük Britaniyada "Mildenholl" aviabazasına enib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Təyyarənin “nüvə iyləyicisi” kimi tanınan "WC-135R"-in gəlişi ABŞ və İran arasındakı gərginliyin artdığı bir dövrə təsadüf edir. Qəzetin məlumatına görə, oxşar təyyarələr bundan əvvəl 2025-ci ilin iyun ayında ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən qısa müddət əvvəl Yaxın Şərqə göndərilmiş, həmçinin 2022-ci ilin yanvarında Böyük Britaniyada peyda olmuşdu. O zaman bu hadisə Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bir neçə həftə əvvəl baş vermişdi.
Müdafiə sahəsindəki mənbələr bildiriblər ki, təyyarənin mövcudluğu “dərhal hərbi əməliyyatlar olacağı anlamına gəlmir”. "WC-135R" qlobal monitorinq missiyalarını həyata keçirir və bu, torpaq üzərində nüvə sınaqlarının aparılmamasını təmin etmək məqsədini daşıyır.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.