AZ

ABŞ kəşfiyyat təyyarəsi yenidən Qara dəniz səmasında görünüb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8A “Poseidon” kəşfiyyat təyyarəsi Soçi yaxınlığında Qara dəniz üzərində səmada yenidən peyda olub.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi uçuş məlumatlarına istinadən məlumat verib.

Marşruta görə, patrul təyyarəsi Rumıniya ərazisindən yola düşüb və Krım yaxınlığından Qara dəniz üzərindən keçib. Daha sonra təyyarə Soçiyə yaxınlaşarkən geri dönüb və sahil yaxınlığında bir neçə dəfə dövrə vurub. Ümumilikdə, təyyarə təxminən altı saat havada qalıb.

Sonuncu oxşar hadisə yanvarın 20-də baş verib. O zaman təyyarə fərqli marşrut seçib. O, İtaliyanın Siciliya adasından yola düşüb, Bolqarıstanın Varna şəhəri yaxınlığından Qara dənizə yaxınlaşıb, Rumıniya hava məkanına daxil olub və sonra Krıma yaxınlaşmayaraq Soçiyə doğru hərəkət edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
49
2
herbiand.az

10Mənbələr