AZ

DOST-a edilən şikayətlərin həcmi necə faizdir? - Açıqlama

DOST mərkəzlərinə edilən şikayətlərin payı ümumi müraciətlərin təxminən 1,5%-ni təşkil edir. Bunu anews.az-ın sualına cavab olaraq DOST Agentliyinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, daxil olan şikayətlərin əsas hissəsi elektron sistemlərlə bağlıdır.

 “Elektron sistemlər mütəmadi olaraq yenilənir. Bəzi hallarda vətəndaşlar bu yeniliklər barədə kifayət qədər məlumatlı olmur və bu da narazılıqlara səbəb olur. Bu istiqamətdə maarifləndirmə işlərini davamlı şəkildə aparırıq”, –  sədr qeyd edib.

Fərid Məmmədov əlavə edib ki, 2025-ci ilin yekunlarına görə DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 95% təşkil edib.

Gülnar Nazimqızı

Seçilən
3
44
anews.az

10Mənbələr