2025-ci ildə Azərbaycan 192,5 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 9,75 % çoxdur.
Təkcə dekabrda isə Azərbaycan 17,1 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 14,5 % azdır.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
"Cebheinfo.az"