AZ

Ölkənin ən gənc generalı Fuad Məmmədov kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov hazırda ölkənin ən gənc generalıdır.

Ölkə.az Fuad Məmmədovun dosyesini təqdim edir:

1992-ci ildə Bakı şəhərində anadan olub.

2008-2012-ci illərdə  Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2013- cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.

2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili alıb.

2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.

2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində  yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.

2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.

2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris etmişdir.

2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.

2022-2023 - cü illərdə həmin şöbənin rəisi olub.

2023-2024- cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.

2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı  (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Rus və ingilis dillərini sərbəst bilir.

Ailəlidir, 1 övladı var.

Həmidə İbrahimova

Seçilən
17
4
olke.az

5Mənbələr