AZ

“Turan”ın hədəfi Avropadır

Bu mövsüm Azərbaycan Premyer Liqası olduqca həyəcanlı keçir.

Hit.az bildirir ki, “Qarabağ” və “Sabah” arasında çempionluq uğrunda qızğın yarış gedir.

Eyni zamanda, üçüncü yer uğrunda da “Turan”, “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Araz Naxçıvan” yarışır. Əslində, bu mövsümün ən iddialı komandalarından biri “Turan”dır.  Tovuz təmsilçisi cari mövsümdə Premyer Liqada meydana çıxdığı 16 matçın 9-da qalib gəlib. Bu da ən yaxşı üçüncü göstəricidir. “Turan” həmin matçlarda 3 dəfə bərabərə qalıb, 4 dəfə isə məğlub olub. 

Onlar, 16 oyuna 21 dəfə rəqib qapılarına yol tapıblar, 13 dəfə isə qol buraxıblar. “Turan” ən az qol buraxan üçüncü komandadır. Bu da onların müdafiədə necə yaxşı oynadıqlarının göstəricisi sayılır. Üstəlik, Tovuz klubu Azərbaycan Kubokunda da iddiasını davam etdirir. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivin bu mövsüm kuboku qazanmaq şansı da var. 

Ekspertlər isə düşünürlər ki, “Turan” bu şəkildə davam edəcəyi təqdirdə, ciddi uğurlara nail ola bilər. Komandanın mövsüm sonunda avrokuboklara vəsiqə qazanması halında, heyətin güclənəcəyi gözlənilir. Çünki klub rəhbərliyinin əsas hədəfi “Turan”ı Avropaya aparmaqdır. Növbəti mövsüm bu istiqamətdə daha ciddi addımların atılacağı deyilir. Həmçinin, daxildə də ölkə kubokunda çempion olmaq real hədəf kimi görünür. Bunlar olduqdan sonra isə artıq “Turan”ın Premyer Liqa çempionluğu üçün yarışacağı proqnozlaşdırılır...

Elmir Mustafa

Seçilən
78
50
hit.az

10Mənbələr