AZ

Nizami Cəfərov: “Yazıçı kitabını küçədə sata bilməz”

“Yazıçı öz kitabını küçədə, meydanda sata bilməz. Yazıçının məhsulunun prodüser vasitəsilə satışı və tanıdılması məsələsi həllini tapmalıdır”.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, bu fikirləri akademik Nizami Cəfərov media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyası zamanı səsləndirib.

Akademik qeyd edib ki, yazıçı və yaradıcı insanların əməyinin dəyərli və sistemli şəkildə təqdim olunması vacibdir:
 

“Bu hal bizim başımıza bir vaxtlar gəlib. Məhəmməd Hadi öz kitabının səhifələrini satmağa məcbur qalırdı. Bizim o dövrə yenidən qayıtmaq fikrimiz yoxdur. Çünki həmin dövr artıq bitib”, – deyə Nizami Cəfərov vurğulayıb.


O bildirib ki, müasir dövrdə yazıçıların əsərlərinin satışı və tanıdılması fərdi səylər hesabına deyil, peşəkar prodüser mexanizmləri vasitəsilə həyata keçirilməli, yaradıcı məhsul bazar prinsipləri çərçivəsində, lakin müəllifin ləyaqəti qorunmaqla təqdim olunmalıdır.

Bizim.Media

Seçilən
30
50
bizim.media

10Mənbələr