"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.
Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.
Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə həftə öncə mərkəzi tərk edib.
“Qurtuluş” rebalitasiya mərkəzi narkotik asılılığından əziyyət çəkən jurnalist Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun görüntülərini paylaşmış, lakin, bu cəmiyyətdə birmənalı qarşılanmamışdı.
Bizim.Media