Abşeron rayon prokuroru Qabil Qasımov vəzifəsindən azad edilib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Qeyd edək ki, Q.Qasımovun səlahiyyət müddəti ötən gün başa çatıb.
Yaxın günlərdə rayona yeni prokuror təyin olunacağı gözlənilir.