Olaylar.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Co Bayden "X"də Minneapolisdəki olayları şərh edərkən yazıb.
"Minnesota xalqı bu administrasiyanın əlindən kifayət qədər əziyyət çəkib. ABŞ-də zorakılıq və terrorun yeri yoxdur, xüsusən də öz hökumətimiz Amerika vətəndaşlarını hədəfə aldıqda. Biz öz vətəndaşlarını küçələrdə güllələyən və ya Dördüncü Düzəlişi tapdalayan bir millət deyilik", - deyə Bayden bildirib.
Bayden dinc insanların ölümü ilə bağlı tam, ədalətli və şəffaf araşdırma tələb etdiyini vurğulayıb. O, prezident də daxil olmaqla heç kimin Amerika dəyərlərinin təməllərini sarsıtmaq və qonşularını qorxutmaq hüququna malik olmadığını deyib.
Yanvar ayında Minneapolisdə iki mülki şəxs Sərhəd Patrulunun agentləri tərəfindən güllələnərək öldürülüb.