AZ

Gənc oğlan dəm qazından zəhərlənərək öldü

Şəmkirdə 23 yaşlı oğlan dəm qazından zəhərlənib.

KONKRET.az bildirir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini 2003-cü il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
50
konkret.az

10Mənbələr