Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə qarşılaşacaq.
B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, 25 xalı olan "Naxçıvan" qrupda ikincidir. "Quba" isə 19 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.