Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə qarşılaşacaq.

B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki,  25 xalı olan "Naxçıvan" qrupda ikincidir. "Quba" isə 19 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.