“Məsələn, həyatın “yığım sığortası” mövcuddur ki, buna bəzən “yaşam sığortası” da deyilir. Bu sığorta növündə şəxs dünyasını dəyişdiyi halda sığorta məbləği onun birinci dərəcəli ailə üzvlərinə və ya vərəsələrinə ödənilə bilər. Bundan əlavə, işçilərin icbari sığorta növü var ki, bunun ümumi adı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadır. Bu həyat sığortası növündə də şəxs dünyasını dəyişərsə, sığorta məbləği onun ailə üzvlərinə və ya vərəsələrinə verilə bilir”. Ekspert həmçinin kredit həyat sığortasından da bəhs edib. O qeyd edib ki, bu halda şəxs dünyasını dəyişərsə, onun kredit borcu adi qayda üzrə banka ödənilir”. Sevinc İbrahimzadə / Metbuat.az