EN

Vəfat edən şəxsin sığorta ödənişi kimə çatır?

Həyat sığortası ilə bağlı ən çox maraq doğuran məsələlərdən biri də sığortalı şəxsin vəfatı zamanı ödənişlərin taleyidir. Bir çox insan bu halda sığorta məbləğinin necə və kimə ödənildiyi, ailə üzvlərinin bu vəsaitdən yararlanıb-yararlana bilməyəcəyi ilə bağlı nəlumatsızdır. Bəs həyat sığortası etdirən şəxs vəfat edərsə, ödənilən məbləğ ailəsinə çatdırılır, yoxsa itir? Sığorta eksperti Emin Ağabağırov Metbuat.az-a açıqlamasında bildirib ki, həyat sığortasının bir neçə növü var:“Məsələn, həyatın “yığım sığortası” mövcuddur ki, buna bəzən “yaşam sığortası” da deyilir. Bu sığorta növündə şəxs dünyasını dəyişdiyi halda sığorta məbləği onun birinci dərəcəli ailə üzvlərinə və ya vərəsələrinə ödənilə bilər. Bundan əlavə, işçilərin icbari sığorta növü var ki, bunun ümumi adı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadır. Bu həyat sığortası növündə də şəxs dünyasını dəyişərsə, sığorta məbləği onun ailə üzvlərinə və ya vərəsələrinə verilə bilir”. Ekspert həmçinin kredit həyat sığortasından da bəhs edib. O qeyd edib ki, bu halda şəxs dünyasını dəyişərsə, onun kredit borcu adi qayda üzrə banka ödənilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
18
metbuat.az

1Sources