AZ

Türkiyə oyuna girdi: Vaşinqton-Tehran-Ankara üçtərəfli görüş

Ankara ABŞ ilə İran arasında artan gərginliyin azaldılması məqsədilə diplomatik təşəbbüslərini gücləndirib. İranın xarici işlər naziri Abbas Araqçinin sabah Ankaraya səfəri gözlənilir.

Ölkə.az  xəbər verir ki, İran XİN başçısının Ankaraya səfərindən öncə isə  Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın səfiri Tom Barrak ilə görüşüb.
Görüşdə Suriyadakı son hadisələrlə yanaşı, ABŞ–İran münasibətlərindəki gərginliyin azaldılması istiqamətində səylər və İran ətrafında formalaşan regional vəziyyət müzakirə olunub.

“Hürriyet” qəzetinin köşə yazarı Hande Fıratın yazdığına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa İranla bağlı konkret təklif irəli sürüb. Təklifə əsasən, ABŞ və İranın Türkiyənin də iştirakı ilə ən yüksək səviyyədə üçtərəfli görüş keçirməsi nəzərdə tutulur. Məlumata görə, Prezident Tramp bu təşəbbüsə müsbət yanaşıb.

Xarici İşlər Nazirliyinin mənbələri bildirir ki, nazir Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə keçiriləcək görüşlərdə regional təhlükəsizlik, sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayacaq. 

Nazirlər eyni zamanda İranın təhlükəsizliyi və bu məsələdə Ankaranın rolu  ətrafında fikir mübadiləsi aparılacaq.

Məlumata görə, Fidan Türkiyənin İrana qarşı hərbi müdaxilələrə qəti şəkildə qarşı olduğunu bir daha ifadə edəcək, bu cür addımların regional və qlobal miqyasda ciddi risklər yarada biləcəyinə diqqət çəkəcək. Ankara mövcud gərginliyin dialoq və diplomatik yollarla həllinə töhfə verməyə hazır olduğunu da bildirəcək.

Planlaşdırılan görüşlər zamanı Türkiyənin İranın nüvə proqramı məsələsində sürətli və dinc həll yollarını dəstəklədiyi, zərurət yaranacağı təqdirdə bu prosesə kömək göstərməyə hazır olduğu da gündəmə gətiriləcək. Eyni zamanda, PKK terror təşkilatının İran qolu olan PKK/PJAK-ın İranda baş verən son iğtişaşlardakı roluna diqqət çəkiləcəyi və PJAK-ın tamamilə zərərsizləşdirilməsinin İranın milli təhlükəsizliyi üçün təxirəsalınmaz zərurət olduğu vurğulanacaq.

 Mürtəza

Seçilən
35
50
olke.az

10Mənbələr