AZ

Xalqın təzyiqi güclü olarsa və beynəlxalq ictimaiyyət dəstək göstərərsə, rejim dəyişikliyi qaçılmaz olacaq

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İranda sistemin dəyişməsi ən mürəkkəb məsələdir. Dəyişiklik müxtəlif ssenarilərlə baş verə bilər. Birinci ssenari yuxarıdan islahatdır. Sistemin daxilindən reform yönümlü qüvvələr hakimiyyətə gələ və tədricən demokratikləşmə başlaya bilər. Xatəmi və Ruhani dövrlərində belə cəhdlər olub, amma dərin sistem tərəfindən bloklanıb. İkinci ssenari xalq üsyanıdır. Kütləvi hərəkat kritik kütləyə çatanda və güc strukturları parçalananda sürətli dəyişiklik baş verə bilər. Üçüncü ssenari xarici təzyirlə dəyişiklikdir. Beynəlxalq sanksiyalar və təcrid iqtisadiyyatı o dərəcədə zəiflədə bilər ki, sistem çökər. Dördüncü ssenari status-kvodur. Sistem repressiya vasitəsilə nəzarəti saxlayır və tədricən uygunlaşır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Politoloq qeyd edib ki, avtoritar sistemlərin çox vaxt gözlənilməz formada çökdüyünü tarix dəfələrlə göstərib: “1989-cu ildə heç kim Sovet İttifaqının iki il ərzində dağılacağını proqnozlaşdırmırdı. 2011-ci il "Ərəb baharı" Tunisdə bir gəncin özünü yandırması ilə başladı və regionu transformasiya etdi. İranda da oxşar qeyri-xətti dinamika baş verə bilər. Amma dəyişikliyin vaxtını və formasını dəqiq müəyyən etmək mümkün deyil”.

Tural İsmayılov

Tural İsmayılov vurğulayıb ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın müraciəti regional sabitlik mülahizələrindən qaynaqlanır: “Türkiyə İranla uzun sərhədə malikdir və Venesuela tipli iqtisadi çöküş qaçqın axınına, sərhəd təhlükəsizliyinə və enerji bazarlarına mənfi təsir edər. Türkiyə İranla iqtisadi əlaqələrə malikdir və tam təcrid Türkiyəyə də zərər verər. Həmçinin, İranın tam dağılması regionda güc vakuumu və xaos yaradar. Etnik parçalanma, vəkil müharibələr, ekstremist qrupların güclənməsi ehtimalları var.

ABŞ-nin müdaxiləsi ilə bağlı son qeyd odur ki, Vaşinqton təkcə hərbi vasitələrlə düşünmür. Hibrid strategiya tətbiq edir. Sanksiyalar, diplomatik təcrid, informasiya müharibəsi, kiberhücumlar, müxalifətə dəstək, regional ittifaqların gücləndirilməsi bu strategiyanın elementləridir. ABŞ İranın daxili dəyişikliyini təşviq edir, amma birbaşa müdaxilədən çəkinir”.

İranda etirazçılara qarşı zorakılıq davam edəcəkmi?

Tural İsmayılov bildiirb ki, bu suala cavab İran cəmiyyətinin özündən gələcək: “Xalq təzyiqi kifayət qədər güclü olarsa və beynəlxalq ictimaiyyət dəstək göstərərsə, dəyişiklik qaçılmaz olacaq. Amma bu proses uzun və ağrılı ola bilər”.

İradə Cəlil,Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
13
icma.az

10Mənbələr