Azərbaycan Basketbol Liqasında XV tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk matçında "Lənkəran" "Ordu"nu qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63
Xallarının sayını 29-a çatdıran "Ordu" B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu - altıncıdır.
Bu gün, saat 20:00-da Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış NTD - "Gəncə" görüşü keçiriləcək.
Qeyd edək ki, XV tura fevralın 1-də yekun vurulacaq.
"Şəki" sabiq basketbolçusunu geri qaytarıb
"Quba" "Lənkəran"ı məğlub edib
ABL: XIV turun növbəti oyunları keçiriləcək
"Sabah" - "Neftçi" oyununun tarixi açıqlanıb
"Lənkəran" heyətinə kanadalı basketbolçu qatıb