AZ

“Lənkəran” “Ordu”ya MƏĞLUB OLDU

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk matçında “Lənkəran” “Ordu”nu qəbul edib.
 

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 103:63


Xallarının sayını 29-a çatdıran “Ordu” B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu – altıncıdır.

Bu gün, saat 20:00-da Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış NTD – “Gəncə” görüşü keçiriləcək.

Tura fevralın 1-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
9
5
bizim.media

6Mənbələr