AZ

Mastercard şirkətinin strateji inkişaf üzrə vitse-sədri və prezidenti Con Hantsman Azərbaycan Mərkəzi Bankının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Mastercard şirkətinin strateji inkişaf üzrə vitse-sədri vəprezidenti Con Hantsman rəqəmsal transformasiya, maliyyəinklüzivliyi və kiçik və orta sahibkarlığın (KOS) inkişafınıntəşviqinə yönəlmiş yüksək səviyyəli görüşlər proqramı çərçivəsindəAzərbaycana səfər edib.

Səfər çərçivəsində Hantsman Azərbaycan Mərkəzi Bankının sədriTaleh Kəzımov ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın maliyyəinklüzivliyinin və rəqəmsallaşmanın genişləndirilməsi sahəsindəəldə etdiyi irəliləyiş müzakirə olunub. Tərəflər uzunmüddətlistrateji tərəfdaşlığın gücləndirilməsi imkanlarını, o cümlədənödəniş sistemlərinin optimallaşdırılması, maliyyə inklüzivliyi,kibertəhlükəsizlik, məlumatlara əsaslanan həllər, eləcə dədayanıqlı və təhlükəsiz rəqəmsal maliyyə infrastrukturunun inkişafısahələrində əməkdaşlığı müzakirə ediblər.

“Azərbaycan maliyyə şəffaflığına, müasir infrastruktura vəinnovasiyaya əsaslanan inkişaf modelinə güclü sadiqliyi sayəsindəMDB məkanında rəqəmsal transformasiya sahəsində sürətlə regionalliderə çevrilir. Mastercard bu irəliləyişi dəstəkləməyə sadiqdir vəqlobal miqyasda təhlükəsiz ödəniş infrastrukturu, məlumatlaraəsaslanan həllər və KOS-un rəqəmsallaşdırılması sahəsindətəcrübəsini Azərbaycanın əsas institutları ilə əməkdaşlıqçərçivəsində təqdim edir. Birgə olaraq biz dayanıqlı, etibarlı vəəlaqəli rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verməyihədəfləyirik — bu iqtisadiyyat yerli həllərin beynəlxalq bazarlardatəhlükəsiz şəkildə miqyaslanmasına imkan yaradacaq və Azərbaycanınregional maliyyə innovasiyaları mərkəzi kimi mövqeyinigücləndirəcək”, — deyə Mastercard şirkətinin strateji inkişafüzrə vitse-sədri və prezidenti Con Hantsman bildirib.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı milli ödənişsisteminin gücləndirilməsinə və innovasiyaların təşviqinə yönəlmişmühüm islahatların həyata keçirilməsinə sadiqdir. Bu səylər ödənişinfrastrukturumuzun inklüzivliyinin və səmərəliliyininartırılmasına, bütün istifadəçilər üçün daha sürətli, etibarlı vətəhlükəsiz xidmətlərin təmin olunmasına xidmət edir. Əlçatanlığaüstünlük verməklə biz rəqəmsal maliyyə xidmətlərinin üstünlüklərinifərdlərə, biznes subyektlərinə və kifayət qədər əhatə olunmayanicmalara çatdırmağı hədəfləyirik. Nağdsız gələcəyə doğru inamlairəlilədiyimiz bir vaxtda Mastercard Azərbaycan RespublikasınınMərkəzi Bankı üçün bu ortaq inkişaf və modernləşmə yolunda dəyərlistrateji tərəfdaş olaraq qalır. Bu əməkdaşlıq innovativ ödənişhəllərinin effektiv tətbiqini təmin etməklə yanaşı, inklüziv artımıvə rəqəmsal iqtisadiyyatda geniş iştirak imkanlarınıdəstəkləyir”, — deyə Taleh Kəzımov bildirib.

Səfər çərçivəsində Con Hantsman həmçinin AzərbaycanRespublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevilə görüş keçirib. Görüş zamanı süni intellekt, kibertəhlükəsizlik,rəqəmsal transformasiya, tranzit dəhlizləri və daha geniş nəqliyyatekosistemi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər,həmçinin, regional ekspertiza, innovasiya və potensialın inkişafıüçün platforma kimi Bakıda Kibertəhlükəsizlik üzrə MükəmməllikMərkəzinin yaradılması imkanları ətrafında fikir mübadiləsiaparıblar.

Eyni zamanda Mastercard AmCham Azerbaijan ilə tərəfdaşlıqəsasında Bakıda maliyyə bazarının əsas iştirakçıları iləbiznes dairəvi masa təşkil edib. Tədbirdə aparıcıbankların, fintex şirkətlərinin top-menecerləri, eləcə də dövlətqurumlarının nümayəndələri iştirak ediblər.

Müzakirələr Azərbaycanın maliyyə ekosisteminin gələcəyi iləbağlı açıq və perspektivə yönəlmiş dialoq üçün platforma rolunuoynayıb. Dialoq çərçivəsində rəqəmsal və mobil ödənişlər, KOS-unrəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik vəetibarlı rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsindəəməkdaşlığın rolu əsas diqqət mərkəzində olub.

Xüsusi diqqət KOS-un nağdsız əməliyyatlarda iştirakınınartırılmasına, maliyyə inklüzivliyinin gücləndirilməsinə vəşəffaflığı, biznesin inkişafını və uzunmüddətli iqtisadidayanıqlığı dəstəkləyən praktik və miqyaslana bilən həllərinhazırlanmasına yönəldilib.

Dairəvi masa zamanı Mastercard-ın tokenləşmə, kontaktsızödənişlər, süni intellektə əsaslanan fırıldaqçılığın qarşısınınalınması, məlumat analitikası və dövlət-özəl tərəfdaşlıqsahələrində təşəbbüslər vasitəsilə Azərbaycanın rəqəmsaliqtisadiyyatına verdiyi davamlı töhfələr də vurğulanıb. Buəməkdaşlığın davamı olaraq AmCham Azerbaijan bu prioritetlərinbirgə təşəbbüslər və effektiv dövlət-özəl əməkdaşlıq vasitəsiləirəlilədilməsində Mastercard ilə əməkdaşlığa hazır olduğunubildirib.

Səfər Mastercard-ın Azərbaycanın uzunmüddətli texnologiya vəinnovasiya tərəfdaşı kimi mövqeyini bir daha təsdiqləyib. Şirkətqlobal ekspertiza, yerli tərəfdaşlıqlar və innovasiyalara davamlıinvestisiyalar vasitəsilə ölkənin əlaqəli, şəffaf və inklüzivrəqəmsal iqtisadiyyat qurmaq ambisiyasını dəstəkləməyəsadiqdir.

Mastercard haqqında

Mastercard dünyanın 200-dən çox ölkə və ərazisindəiqtisadiyyatları gücləndirir və insanlara imkanlar yaradır.Müştərilərimizlə birlikdə hər kəsin uğur qazana biləcəyi dayanıqlıiqtisadiyyat qururuq. Biz əməliyyatları təhlükəsiz, sadə, ağıllı vəəlçatan edən geniş rəqəmsal ödəniş seçimlərini dəstəkləyirik.Texnologiyalarımız və innovasiyalarımız, tərəfdaşlıqlarımız vəşəbəkələrimiz insanlara, bizneslərə və hökumətlərə özpotensiallarını reallaşdırmağa kömək edən unikal məhsul vəxidmətlər toplusunu təqdim edir.

www.mastercard.com

Mastercard
Mastercard
Mastercard
Mastercard
Mastercard
Seçilən
14
6
az.trend.az

8Mənbələr