AZ

"Mastercard"ın prezidenti yüksək səviyyəli görüşlər üçün Azərbaycana səfər etdi

Mastercard şirkətinin strateji inkişaf üzrə vitse-sədri və prezidenti Con Hantsman rəqəmsal transformasiya, maliyyə inklüzivliyi və kiçik və orta sahibkarlığın (KOS) inkişafının təşviqinə yönəlmiş yüksək səviyyəli görüşlər proqramı çərçivəsində Azərbaycana səfər edib.

Publika.az xəbər verir ki, səfər çərçivəsində cənab Hantsman Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kəzımov ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın maliyyə inklüzivliyinin və rəqəmsallaşmanın genişləndirilməsi sahəsində əldə etdiyi irəliləyiş müzakirə olunub. Tərəflər uzunmüddətli strateji tərəfdaşlığın gücləndirilməsi imkanlarını, o cümlədən ödəniş sistemlərinin optimallaşdırılması, maliyyə inklüzivliyi, kibertəhlükəsizlik, məlumatlara əsaslanan həllər, eləcə də dayanıqlı və təhlükəsiz rəqəmsal maliyyə infrastrukturunun inkişafı sahələrində əməkdaşlığı müzakirə ediblər.

“Azərbaycan maliyyə şəffaflığına, müasir infrastruktura və innovasiyaya əsaslanan inkişaf modelinə güclü sadiqliyi sayəsində MDB məkanında rəqəmsal transformasiya sahəsində sürətlə regional liderə çevrilir. Mastercard bu irəliləyişi dəstəkləməyə sadiqdir və qlobal miqyasda təhlükəsiz ödəniş infrastrukturu, məlumatlara əsaslanan həllər və KOS-un rəqəmsallaşdırılması sahəsində təcrübəsini Azərbaycanın əsas institutları ilə əməkdaşlıq çərçivəsində təqdim edir. Birgə olaraq biz dayanıqlı, etibarlı və əlaqəli rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verməyi hədəfləyirik — bu iqtisadiyyat yerli həllərin beynəlxalq bazarlarda təhlükəsiz şəkildə miqyaslanmasına imkan yaradacaq və Azərbaycanın regional maliyyə innovasiyaları mərkəzi kimi mövqeyini gücləndirəcək”, — deyə Mastercard şirkətinin strateji inkişaf üzrə vitse-sədri və prezidenti Con Hantsman bildirib.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı milli ödəniş sisteminin gücləndirilməsinə və innovasiyaların təşviqinə yönəlmiş mühüm islahatların həyata keçirilməsinə sadiqdir. Bu səylər ödəniş infrastrukturumuzun inklüzivliyinin və səmərəliliyinin artırılmasına, bütün istifadəçilər üçün daha sürətli, etibarlı və təhlükəsiz xidmətlərin təmin olunmasına xidmət edir. Əlçatanlığa üstünlük verməklə biz rəqəmsal maliyyə xidmətlərinin üstünlüklərini fərdlərə, biznes subyektlərinə və kifayət qədər əhatə olunmayan icmalara çatdırmağı hədəfləyirik. Nağdsız gələcəyə doğru inamla irəlilədiyimiz bir vaxtda Mastercard Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün bu ortaq inkişaf və modernləşmə yolunda dəyərli strateji tərəfdaş olaraq qalır. Bu əməkdaşlıq innovativ ödəniş həllərinin effektiv tətbiqini təmin etməklə yanaşı, inklüziv artımı və rəqəmsal iqtisadiyyatda geniş iştirak imkanlarını dəstəkləyir”, — deyə Taleh Kəzımov bildirib.

Səfər çərçivəsində Con Hantsman həmçinin Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüş zamanı süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, tranzit dəhlizləri və daha geniş nəqliyyat ekosistemi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər, həmçinin, regional ekspertiza, innovasiya və potensialın inkişafı üçün platforma kimi Bakıda Kibertəhlükəsizlik üzrə Mükəmməllik Mərkəzinin yaradılması imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
1
6
publika.az

8Mənbələr