AZ

Dəhşətli virus qapıda – belə yoluxur, simptomlar…

Hindistanda son dərəcə təhlükəli hesab edilən “Nipah”a yoluxma nəticəsində ölüm halının qeydə alınması bu virusun yenidən qlobal diqqət mərkəzinə düşməsinə səbəb olub. Rəsmi qurumlar mümkün yoluxma zəncirinin qırılması üçün təmasda olmuş şəxslərin izlənildiyini bildirir.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri ondan ibarətdir ki, hazırda Nipah virusuna qarşı nə təsdiqlənmiş vaksin, nə də spesifik antiviral müalicə mövcuddur.

Müalicə əsasən simptomatik xarakter daşıyır və xəstənin vəziyyətinin stabilləşdirilməsinə yönəlir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusuna yoluxma zamanı ölüm göstəricisi 40–75 faiz arasında dəyişir və bu yüksək risk birbaşa erkən diaqnostika, epidemioloji nəzarət və tibbi xidmətin keyfiyyətindən asılıdır.

Virus ilk dəfə 1998–1999-cu illərdə Malayziyada aşkar edilib.

Bu virusların əsas təbii mənbəyi meyvəyarasaları, yəni “uçan tülkülər” hesab olunur. Yoluxma virus daşıyan heyvanlarla birbaşa təmas, çirklənmiş qida məhsullarının qəbulu, eləcə də insandan-insana yaxın kontakt yolu ilə baş verə bilir. Xüsusilə ailədaxili və xəstəxanadaxili yoluxma hallarının qeydə alınması Nipah virusunu daha təhlükəli edən əsas faktorlardandır.

Məhz bu səbəbdən virus ÜST tərəfindən potensial pandemiya riski daşıyan patogenlər siyahısına daxil edilib. İndiyədək yoluxma halları əsasən Cənub və Cənub-Şərqi Asiya ölkələrində, xüsusilə Hindistan, Banqladeş, Malayziya və Sinqapurda aşkarlanıb. Hindistanın Kerala və Qərbi Benqal ştatları isə yüksək risk zonaları kimi qiymətləndirilir və son ölüm faktı da Qərbi Benqal ərazisində qeydə alınıb.Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında Nipah virusu ilə bağlı iki yoluxma halı təsdiqlənib.

Hadisə beynəlxalq səviyyədə diqqətə səbəb olub. Məlumata görə, hər iki yoluxan şəxs səhiyyə işçisidir və hazırda reanimasiya şöbəsində müalicə alır. Hindistan hökuməti bildirib ki, təsdiqlənmiş hallarla təmasda olmuş 196 nəfərin hamısı simptomsuzdur və aparılan testlərin nəticəsi mənfi çıxıb. Səhiyyə Nazirliyi mövcud məlumatların əhali və ailələr üçün əlavə risk yaratmadığını açıqlayıb.

Xatırladaq ki, 2018-ci il “Nipah” virusuna 23 nəfər yoluxmuşdu və onların 21-i həyatını itirmişdi.

@ahaber

♬ A Haber – orijinal ses – A Haber

Seçilən
74
50
nocomment.az

10Mənbələr