AZ

Yeni virus ilə bağlı XƏBƏRDARLIQ: MEYVƏDƏN KEÇİR

Ajans.az xəbər verir ki, SHOT nəşrinə danışan Hindistan sakinləri bildiriblər ki, ölkədə hər il manqo istehlakından sonra Nipah virusuna yoluxma halları qeydə alınır. Məlumata görə, meyvə yarasaları manqoları dişləyir və yoluxmuş tüpürcəklərini meyvənin üzərində saxlayırlar. İnsanlar isə meyvəni kifayət qədər təmizləmədən yedikdə virusa yoluxa bilirlər. Mütəxəssislərin sözlərinə görə, Nipah virusu manqo üzərində üç günə qədər aktiv qala bilər və bu müddət ərzində yoluxma riski mövcuddur. Qeyd edək ki, Hindistan dünya üzrə manqo istehsalının təxminən yarısını təmin edir. Bu yaxınlarda üç Nipah virusu hadisəsinin aşkarlandığı Qərbi Benqal ştatı geniş meyvə bağları ilə tanınır. Bölgədə manqo plantasiyaları 100 min hektardan çox ərazini əhatə edir, illik məhsuldarlıq isə təxminən 1 milyon ton qiymətləndirilir. Meyvə bağlarının genişliyi Qərbi Benqalda uçan tülkülərin böyük koloniyalarının formalaşmasına şərait yaradıb. 2023-cü ildə aparılan tədqiqatlar bəzi meyvə yarasalarında Nipah virusuna qarşı anticisimlərin mövcud olduğunu göstərib ki, bu da virusun bölgədə dövr etdiyini təsdiqləyir. Yerli sakinlər və mütəxəssislər turistlərə və əhaliyə manqoları istehlak etməzdən əvvəl yaxşıca yumağı, kəsilmiş formada satılan meyvələrdən uzaq durmağı və qabığında dişləmə və ya zədələnmə izləri olan manqoları yeməməyi tövsiyə edirlər.

 

Seçilən
96
50
Ajans.az

10Mənbələr