Azərbaycan Basketbol Liqasında XV tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk qarşılaşması "Lənkəran"la "Ordu" arasında keçirilib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan matç qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63
Xallarının sayını 29-a çatdıran "Ordu" B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu - altıncıdır.
Bu gün, saat 20:00-da Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış NTD - "Gəncə" görüşü keçiriləcək.
Qeyd edək ki, XV tura fevralın 1-də yekun vurulacaq.